Ərdoğan qarşıdakı seçkilərdən danışdı

“Əlbəttə, bütün seçkilər çətin və əhəmiyyətlidir. Amma regionda və dünyada baş verən gərgin hadisələr 14 may seçkilərini daha vacib edir”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK parti vilayət başçılarının iclasında deyib.

O bildirib ki, müxalifətin gündəliyində millətin taleyi ilə bağlı bir dənə belə olsun məsələ yoxdur:

“Onlar əksinə, mövcud olan resursları dağıtmağı vəd edirlər. Həmçinin sərhədlərimizə təhdid yaradan, daxili sabitliyi pozmaq istəyən terrorçularla mübarizə də müxalifətin gündəliyində deyil”.