Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, liderlər ikitərəfli münasibətləri və “taxıl sazışi”nin həyata keçirilməsini müzakirə ediblər.
Qeyd edək ki, Ərdoğan bundan öncə Rusiya və Ukrayna liderləri ilə telefonla danışacağını açıqlamışdı.
İlkin
Globalinfo.az