Ərdoğan Qarabağ zəfəri haqda: savaş texnikasını dəyişən nüans…

“Türkiyə PUA-ları Qarabağ zəfərinin əldə olunmasındakı rolu və hazırda Liviyada həyata keçirdiyi missiya müharibə texnikasını dəyişir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə müdafiə sənayesinin genişləndirilməsi istiqamətində işləri davam etdirəcək:

“Ötən il Türkiyənin müdafiə sənayesi sahəsindəki ixracı 4 milyard 400 milyon dollar olub. Bu, rekord göstəricidir. Müxtəlif layihələrimiz bundan sonra da davam edəcək. İstifadəyə verdiyimiz haubitsalar isə dosta güvən, düşmənə göz dağı olacaq”.