Ərdoğan Nazirlər Kabinetinin iclasında bu məsələləri müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin 4 saat davam edən iclası başa çatıb.

Globalinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, iclasda müzakirəyə çıxarılan ilk mövzu ölkənin 11 əyalətində baş verən zəlzələ olub.

Həmçinin, regionlarda atılması gözlənilən addımlar müzakirə edilib.

Keçid dövründə yaradılan konteyner şəhərlərində görülən işlər və daimi yaşayış evlərinin tikintisi ilə bağlı son durum dəyərləndirilib.

Zəlzələdən sonra bəzi əyalətlərdə kirayə haqlarının ciddi artımı da Nazirlər Kabinetinin gündəmində olub.

Nazirlər Kabinetinin digər gündəm məsələsi prezident və parlament seçkiləri ilə bağlı olub.

Ərdoğan 14 may tarixini seçki günü kimi dəqiq olduğunu qeyd edib.