Ərdoğan İraqın Baş naziri ilə telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia Sudani ilə telefon danışığı aparıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yaylıb.

 

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli münasibətlər müzakirə olunub.

Prezident Ərdoğan İraqın sabitliyi və ərazi bütövlüyünə əhəmiyyət verdiyini, PKK-nın İraq torpaqlarında mövcudluğuna son qoyulmağının bu ölkənin milli təhlükəsizlik məsələsi olduğunu vurğulayıb.