Ərdoğan intihara cəhd edən şəxsi fikrindən daşındırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda 15 İyul Şəhidlər Körpüsündən keçərkən intihara cəhd edən Murad Duran adlı şəxsi xilas edib.

Globalinfo.az bildirir ki, Türkiyə lideri avtomobil kortejini saxlayaraq, M.Durana yaxınlaşıb və onunla söhbət edərək fikrindən daşındırıb.

Qeyd edək ki, R.T.Ərdoğan daha əvvəl də intihara cəhd edən bir neçə vətəndaşın həyatını xilas edib.

Aqşin
Globalinfo.az