“Türkiyədəki seçkidə müxalifət qalib gəlsə, Ankaranın xarici siyasəti Qərb üçün daha başadüşülən olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Ruben Safrastyan deyib.
O, Türkiyədə yaşanacaq hakimiyyət dəyişikliyinin Ankaranın bölgə siyasətinə ciddi təsir göstərməyəcəyini bildirib:
“Türkiyənin Azərbaycanla münasibətlərində heç bir dəyişiklik olmayacaq. Ankaranın bütün siyasi elitasında onun regionda təsirinin güclənməsi ilə bağlı vahid xətt var və buna əsasən deyə bilərik ki, türkdilli ölkələrlə əlaqələr dəyişməyəcək”.
Aqşin
Globalinfo.az