
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-7-də Braziliyada keçiriləcək 17-ci BRİKS sammitində iştirak etməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı ölkənin Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Forumda Türkiyənin maraqlarını xarici işlər naziri Hakan Fidan təmsil edəcək.
BRİKS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan məsləhətləşmə və əməkdaşlıq platformasıdır. 2011-ci ildə Cənubi Afrikanın üzvlüyündən sonra qrup BRİKS adlandırıldı.
2023-cü ilin avqustunda assosiasiyaya daha dörd ölkə (Misir, Efiopiya, BƏƏ və İran) qoşulub.
Əliyar Xəlil