Ərdoğan Bəşər Əsədlə görüşəcək? – Özü açıqladı

Rusiya Prezidenti Vladimir Putinlə bugünkü telefon söhbətimizdə Türkiyə-Rusiya əlaqələrini dəyərləndirdik.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Türkiyə, Rusiya, Suriya müdafiə nazirlərinin və kəşfiyyat rəhbərlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündən də danışıb.

Ərdoğan bildirib ki, üç ölkənin xarici işlər nazirləri görüşəcək, daha sonra liderlər bir araya gələcək.

“İstəyimiz bölgədə sülhü təmin etməkdir”, – o qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az