Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu hakim Ədalət və İnkişaf Partiyasının Trabzonda keçirilən toplantısında çıxış edib. O, 2027-ci ildə növbədənkənar prezident seçkilərinin keçiriləcəyini gözlədiyini deyib.
Globalinfo.az bildirir ki, Halk TV-nin məlumatına görə, Uraloğlu çox güman seçkilərin 2027-ci ildə keçiriləcəyini açıqlayıb.
“Ərdoğan açıq üstünlüklə yenidən prezident olacaq. Hamımız indiki liderimizi dəstəkləyirik. Qələbə arzusu ilə…”, – Uraloğlu vurğulayıb.
Onun bu çıxışı alqışlarla qarşılanıb.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özələ cavab verərkən “2028-ci ildə prezident və parlament seçkiləri, 2029-cu ildə isə yerli seçkilər keçiriləcək” deyib.
Əliyar Xəlil