epsteyn

Azyaşlıların cinsi istismarında ittiham edilən məşhur maliyyəçi Ceffri Epşteyn dollardan sonra növbəti qlobal valyutanın rubl olacağını iddia edibmiş.

Globalinfo.az xəbər verir ki, o bu barədə Norveçin keçmiş baş naziri Turbyorn Yaqlanda yazdığı məktubda bildirib.

“Növbəti qlobal valyuta Çin yuanı deyil, Rusiya rublu olmalıdır”, – Epşteyn Yaqlana yazıb.

Qeyd edək ki, C.Epşteyn 2019-cu ildə azyaşlıların cinsi istismarı məqsədilə insan alverində ittiham edilərək həbs olunub. O, məhkəməyə çıxmadan əvvəl həbsxanada ölüb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: