“Əmr verdik, hava hücumundan müdafiə sistemi işə düşmədi” – Paşinyan 

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə birgə hava hücumundan müdafiə sistemindən narazı olduğunu deyib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə parlamentdə çıxışında bildirib.

Paşinyan deyib ki, qanuna görə, Ermənistan tərəfinin göstərişi ilə hava hücumundan müdafiə sistemi işə salınmalı idi:

“Biz lazımi anda əmr verdik, lakin hava hücumundan müdafiə sistemi işə düşmədi. Belə hadisələr çoxdur”.

Söhbətin hansı dövrdən getdiyini isə Paşinyan dəqiqləşdirməyib.

Ola bilsin 44 günlük Vətən müharibə başlayan ilk günləri nəzərdə tutur.

Safura Bənnayeva

Globalinfo.az