foto 4

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə görüş bitdi.

***13:39

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla yenidən təkbətək formatda görüşü keçirilir.

***12:31

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüş fasilədən sonra geniştərkibli formatda davam edir.

***11:47

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.

Globalinfo.az xəbər verir ki, görüş fasilədən sonra davam edəcək.

***11:05

Əbu-Dabidə AzərbaycanErmənistan liderlərinin başçılığı ilə keçirilən görüş iki saatdan çox davam edib.

Globalinfo.az xəbər verir ki, görüş zamanı sülh müqaviləsi ilə bağlı müzakirə aparılıb.

Daha sonra danışıqlar iki ölkənin nümayəndə heyətləri arasında qapalı formatda davam etdirilib.

Yekunda liderlər arasında təkbətək müzakirə aparılıb və rəsmilər zaldan ayrılıblar.

***

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüş keçirilir.

Globalinfo.az xəbər verir ki, danışıqlarda Azərbaycan liderini Baş nazirin müavini, AzərbaycanErmənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev, Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər naziri Ceyhun Bayramov müşaiyət edir.

Ermənistan nümayəndə heyətinə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan daxildir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Globalinfo.az (@globalinfo_az)

X X X

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Globalinfo.az (@globalinfo_az)

1 4 a9e0c997 d6ce 4066 944f 961f2e805a4d

Paylaş: