Əliyevlə Paşinyan bu gün görüşəcək? – İrəvandan cavab

Bu günə birmənalı olaraq Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmayıb.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Armen Xaçaturyan deyib.

Qeyd edək ki, həm İlham Əliyev, həm də Nikol Paşinyan hazırda Almaniyada səfərdədir. Hər iki lider Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəklər. Mətbuat bundan öncə onların konfrans çərçivəsində görüşə biləcəklərini iddia etsə də, məlumat hələ heç bir tərəfdən rəsmi formada təsdiqlənməyib.

Son dəqiqə məlumatına görə, N.Paşinyan Münhendə Prezident İlham Əliyevlə Qafqaz debatından yayınıb.

Liderlərin Almaniyaya səfərindən öncə isə Ermənistan Bakıya sülh müqaviləsinin mətni ilə bağlı öz təkliflərini göndərib. “Hraparak” qəzeti təklifin Türkiyə vasitəsilə Bakıya çatdırıldığını bildirib.

İlkin Həsənov
Globalinfo.az