Paşinyan Əliyevlə debatdan qaçdı – FOTOFAKT

Sabah Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazdakı vəziyyətlə bağlı diskussiyalar aparılacaq.

Globalinfo.az xəbər verir ki, diskussiya 45 dəqiqə davam edəcək.

Yerli vaxtla 19:30-da başlayacaq diskussiyada qonaq qismində Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Baş naziri İrakli Qaribaşvili, ATƏT-in Baş katibi Helqa Şmidt iştirak edəcək.

Müzakirənin moderatorluğunu isə Münhen Təhlükəsizlik Konfransının prezidenti Kristof Xoysqen edəcək.

Maraqlı məqam isə görüşə Ermənistan Baş naziri Nikol Paşinyanın qatılmamasıdır. Onun Qafqaz müzakirəsindən yayındığı bildirilir.

İlkin Həsənov
Globalinfo.az