Hillari Klinton: “Amerikalılar Baydenlə bağlı gerçəyi qəbul etməlidir”

“Co Bayden qocalıb və amerikalılar bu reallığı qəbul etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton deyib.

O, 81 yaşlı prezident Co Baydeni qoca adlandırıb. Ancaq buna rəğmən demokratiyanı Donald Trampdan xilas etmək üçün amerikalıları Co Baydenə səs verməyə çağırıb.

“Bəli, Co Bayden qocalıb və bu reallığı qəbul etmək lazımdır. Ancaq bir tərəfdə qoca Bayden var, hansı ki, yaşına rəğmən işini effektiv şəkildə yerinə yetirir, demokratiyamıza təhlükə yaratmır. Digər tərəfdə isə onun rəqibi dayanır. O da qocadır, ancaq danışdıqları məntiqli deyil. Üstəlik, demokratiyaya təhlükə yaradır”, – Klinton vurğulayıb.

Sabiq dövlət katibi özündən cəmi bir yaş böyük olan 77 yaşlı keçmiş prezident Donald Trampı nəzərdə tutub.

Əliyar Xəlil
Globalinfo.az