“Əliyevə güvənirsinizmi?” sualına Paşinyanın cavabı

 

“Azərbaycanın liderindən, yaxud məndən bir-birimizə güvənib-güvənmədiyimiz haqda soruşmağın mənası yoxdur. Aydındır ki, biz bir-birimizə inanmırıq”.

Globalinfo.az xəbər verir ki, bunu “France 24” telekanalına müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib:

“Münasibətlərimizin tarixi artıq dərin inamsızlıq üçün əsas yaradıb. Ancaq problem bu deyil. Məhz etimadın yaradılması prosesində biz çətinliklərlə qarşılaşırıq”, – Paşinyan vurğulayıb.

“Azərbaycan tərəfinə də eyni sual verilsə, onlar bizə güvənmədiklərini deyəcəklər. Amma söhbət bundan getmir. Biz istər kiçik, istərsə də böyük addımlar atmağa və qarşılıqlı etimad və inam yaratmağa hazırıqmı? Yaxud bunu bacara bilərikmi?”, – Ermənistanın Baş naziri bildirib.

Əliyar Xəlil
Globalinfo.az