Rusiya rəhbərliyinin yaxın dövrdə hərbi fəaliyyətləri genişləndirmək planları var, bu barədə əlimizə sənədlər keçib.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, Putin yeni hücum mərhələsinə hazırlıq çərçivəsində səfərbərlik prosesini daha da genişləndirməyi nəzərdən keçirir.
Zelenski iddia edib ki, Ukrayna tərəfinin əlində Rusiya Baş Qərargahı tərəfindən hazırlandığı deyilən sənədlər mövcuddur.
Bu sənədlərin mümkün yeni hərbi planlar və canlı qüvvənin artırılması ilə bağlı detalları əks etdirdiyi bildirilir.
Ukrayna lideri əlavə edib ki, ölkəsi bu cür ssenarilərə qarşı hazır vəziyyətdədir və beynəlxalq tərəfdaşlarla koordinasiyanı gücləndirərək təhlükələrə qarşı mübarizəni davam etdirir.
Tahir Turan
Globalinfo.az