eli esedov 12

Nazirlər Kabineti “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin xidməti geyim formaları nümunələrinin, fərqləndirmə nişanlarının təsviri və onların daşınması Qaydası”nı təsdiq edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, agentliyin xidməti geyim formasını və fərqləndirmə nişanlarını onun nəzarət funksiyalarını yerinə yetirən müfəttişləri vəzifə səlahiyyətlərinin icrası zamanı daşıyacaqlar.

Bundan başqa, xidməti geyim formasının təchizatı Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlər hesabına təmin ediləcək.

X X X

Dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi, o cümlədən sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 0,49 hektar və Qazax rayonu Şıxlı Bələdiyyəsinin mülkiyyətində 5,53 hektar, Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,27 hektar və Qusar rayonu Samur Bələdiyyəsinin mülkiyyətində 2,752 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətində olan 8,76 hektar torpaq sahəsi üzərində istifadə hüququ və bələdiyyə mülkiyyətində olan 8,282 hektar torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq.

Globalinfo.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

    Dövlət Gömrük Komitəsi alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaratmalı, dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi məqsədilə layihə altına düşən alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun həyata keçirilməsini təmin etməlidir.

    Eyni zamanda Dövlət Gömrük Komitəsi layihə çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının Dövlət Gömrük Komitəsinin tabeliyində olan“Azərterminalkompleks” Birliyinin gəlirləri hesabına maliyyələşdirilməsini təmin etməli, alınan daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

    X X X

    “Yüksəkixtisaslı miqrant” portalı haqqında Əsasnamə” və “Yüksəkixtisaslı miqrant” portalına inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısı” təsdiqlənib.

    Globalinfo.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

      Qərar “Yüksəkixtisaslı miqrant” portalının fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. “Yüksəkixtisaslı miqrant” portalı müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə onların Yüksəkixtisaslı Miqrant Proqramı çərçivəsində müraciətlərinin elektron qaydada qəbulunu və cavablandırılmasını, eyni zamanda Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin, habelə xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının sorğusu əsasında onların yüksəkixtisaslı miqrantlarla əlaqələndirilməsini təmin edəcək.

      “Yüksəkixtisaslı miqrant” portalına inteqrasiya olunacaq informasiya sistemlərinin SİYAHISI

      Sıra

      №-si

      Dövlət orqanının (qurumunun) adı İnformasiya sisteminin adı
      1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi

      Paylaş: