“ABŞ Rusiya ilə qaynar müharibə vəziyyətindədir”.
Globalinfo.az xəbər verir ki, bunu amerikalı professor Cefri Saks deyib.
O bildirib ki, amerikalılar Ukrayna tərəfindən vuruşur və strategiya ilə bağlı qərarlar qəbul edirlər.
“Biz qaynar müharibə vəziyyətindəyik. Çünki ABŞ Ukraynanı nəinki maliyyələşdirir, həmçinin silahla təchiz edir və strateji məsləhətlər verir. Ancaq bütün bunlarla yanaşı bizim kadrlarımız da Ukrayna ərazisindədir. Rusiyanın isə bundan xəbəri var”, – deyə amerikalı ekspert vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az