
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Cenevrəyə gedəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir burada Kipr məsələsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaq.
Görüşdə BMT Baş katibi Antonio Quterreş, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar, Cənubi Kipr lideri Nikos Xristodulidis, Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis və başqa rəsmilər də iştirak edəcək.