İsveçrədə keçirilən referendumda seçicilər ölkə əhalisinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutan təşəbbüsü rədd ediblər.
Globalinfo.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
İlkin nəticələrə əsasən, seçicilərin təxminən 55%-i təşəbbüsün əleyhinə səs verib, 45%-i isə onu dəstəkləyib.
Referendum sağçı İsveçrə Xalq Partiyası (SVP) tərəfindən irəli sürülmüşdü.
Qeyd edək ki, bu gün İsveçrə vətəndaşları ölkə əhalisinin 2050-ci ilə qədər 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutan təklif üzrə səsvermədə iştirak ediblər.