Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ilk günü başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Danışıqlar sabah davam etdiriləcək.
***14:56
Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, danışıqlar qapalı rejimdə keçiriləcək və iki gün davam edəcək.
Rusiya nümayəndə heyətinə, keçən dəfə olduğu kimi, QRU rəisi İqor Kostyukov rəhbərlik edir.
***12:53
Ukrayna nümayəndə heyəti artıq Əbu-Dabidədir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar tezliklə başlamalıdır.