Sayed 1

ABŞ-da “həlledici ştat” kimi tanınan Miçiqanda Senata keçirilən seçkilərdə Demokratlar Partiyasının müsəlman namizədi Əbdül Əl-Sayed rəqibini qabaqlayıb.

Globalinfo.az xəbər verir ki, qeyri-rəsmi nəticələrə əsasən, Miçiqan ştatında keçirilən səsvermədə misir əsilli Əbdül Əl-Sayed Respublikaçılar Partiyasının namizədi Mayk Rocersdən öndədir.

Əl-Sayed 1 milyon 583 min 684 səs toplayaraq 50,6 faiz nəticə göstərib. Onun rəqibi Mayk Rocers isə 1 milyon 486 min 235 səs və 47,5 faiz səs əldə edib.

İki namizəd arasındakı fərq 97 min səsi ötüb. Bununla belə, səslərin hesablanması davam etdiyindən seçkinin yekun nəticəsi hələ açıqlanmayıb.

Əl-Sayed seçkidə qalib gələrsə, ABŞ tarixində Senata seçilən ilk müsəlman olacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: