Dünyanın taleyi müəyyən edilir – 20 kəşfiyyat şefi gizli görüş keçirdi

20 ölkənin kəşfiyyat xidmətinin rəhbəri Sinqapurda “Şanqri La” konfransı çərçivəsində məxfi görüş keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Röyter” öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, görüşdə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heyns və Çinin yüksəkvəzifəli rəsmiləri iştirak ediblər. Görüşə qatılanlar arasında Hindistan kəşfiyyatının nümayəndəsi də olub.

Agentliyin mənbəsi görüşün beynəlxalq kölgə gündəmində ən vacib yeri tutduğunu bildirib:

“Xüsusi xidmət orqanları arasında elan edilməmiş kodeks var. Buna əsasən onlar rəsmi və açıq diplomatiya çətinləşəndə danışa bilərlər. Bu, gərginlik dönəmin çox vacib faktordur”.

“Röyter” görüşün əsas müzakirə mövzusu haqqında informasiyanın olmadığını, amma bu sırada Ukryana və beynəlmiləl cinayətkarlıq məsələlərinin ola biləcəyini yazıb.

İlkin Həsənov
Globalinfo.az