Dünyada ən baha kirayə qiymətləri bu ölkədədir

Türkiyə 2022-ci ildə kirayə qiymətlərinin artmasına görə dünyanın 56 ölkəsi arasında birinci olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Knight Frank” qəzetinin dərc etdiyi “Qlobal ev qiymətləri indeksi” adlı hesabatda bildirilib.

Məlumata görə, qiymət artımı 45,9% təşkil edib.

Əsas səbəb ölkədə inflyasiyanın 80%-ə çatmasıdır. Bu rəqəm son 24 ilin maksimum göstəricisidir.