Dünyada 5 nəfərin bildiyi plan işə düşür – Rusiyaya hücum başlayır

“Ukrayna yaxın həftələrdə əks-hücuma başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı ABŞ dövlət katibi Entoni Blinken yayıb.

O, ABŞ-ın digər müttəfiqləri ilə birgə Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyi götürdüyünü bildirib.

Qeyd edək ki, bundan öncə Ukrayna əks-hücuma başladığını bildirsə də, bunun nə vaxt olacağını açıqlamayıb.

Ölkənin Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov əks-hücum planı haqqında dünyada cəmi 3-5 adamın məlumatlı olduğunu deyib.

İlkin Həsənov
Globalinfo.az