Zirəddindən baş verənlər haqda ŞOK proqnoz – Nələr yaşanacaq?

Artıq uzun illərdir ki, bir çoxları dünyanın sonuna az qaldığını bildirir. Hətta 21 dekabr 2012-ci ildə dünyanın qaranlığa qərq olacağı barədə deyilənlərə inanıb, marketlərdən ərzaq və şam ehtiyatı alanlar da az deyildi. O ildən bu yana hər il dünyanın sonunun yaxınlaşdığı haqda proqnozlar eşidirik. Hətta 16-cı əsrdə yaşamış, öz öləcəyi günü bilən fransız kahin Nostradamusun proqnozlarında da dünyanın sonu ilə bağlı fikirləri insanlarda narahatlıq yaradır. Belə ki, Nostradamus dünyanın sonunun 10 may tarixində gələcəyini deyib. Hansı ildə reallaşacağı məlum deyil.

Doğrudanmı dünyanın sonu yaxınlaşıb?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev deyib ki, məsələyə dini aspektdən yanaşsaq, dünyanın sonu 12-ci İmamın zühurundan sonra baş verməlidir.

O bildirib ki, dünyada bir haqq-ədalət qurulmalıdır:

“Bir müddət xoşbəxtlik əsri olmalı və daha sonra qiyamət başlamalıdır. Qiyamət əlamətlərindən biri Günəşin Şərqdən deyil də, Qərbdən doğacağıdır. Bu minvalla da dünyanın düzəni pozulacaq. Bizə məlum olan qalaktika məhv olacaq, partlayışlar baş verəcək. Dünya içindəki insanlarla, tarixi abidələrlə, ziyarətgahlarla, başqa dəyərli tarixi yerlərlə birlikdə külə çevriləcək, toz kimi sovrulub gedəcək”.

Ekstrasens deyib ki, bunun hansı ilə təsadüf etdiyini heç kim deyə bilməz:

“Ümumilikdə bizə məlum olan bir şey var ki, bu, cümə günü baş verəcək. Allah dünyanı 7 günə yaradıb. Bugünkü baş verən hadisələri nəzərə alsaq görərik ki, Allah bu gözəl dünyanı dağıdası deyildi, o, insanların atdığı addımlar, imansızlıqlar sayəsində dünyanı dağıdacaq. Bunun bir neçə səbəb var: haqq-ədalətin itməsi, varlı təbəğə ilə yoxsulun hiss olunacaq dərəcədə seçilməsi, homoseksualların durmadan artması və onların hüquqlarının bərpa edilməsi, qadınların qadınla, kişilərin də kişi ilə ailə qurması, müsəlmanların başlarının “Allahu-Əkbər” adı altında kəsilməsi qiyamət əlamətlərindəndir”.

Z.Rzayev deyib ki, “dünyanın sonu yaxınlaşırmı” sualına əminliklə “bəli” cavabını verir:

“Çünki baş verən hadisələr dünyanın sonunun gəldiyini bizə göstərir. Amma ümumilkdə zaman və məkan fərqi var. Bizim yaxın bildiyimiz kosmik zaman nə dərəcədə yaxın və ya uzaqdır, doğrusunu Allah bilir. Lakin baş verən hadisələr həmişə onu göstərir ki, bütün islami mənbələrdə yazılan sonluğun əlamətləri bu gün zühur etməkdədir. Onun üçün də bəli, dünyanın sonu yaxınlaşır, az qalıb. Bu isə inkarolunmazdır”.

Zaira Akifqızı
Globalinfo.az