710cf0d3 5d52 44bf be18 9944e58cf415

ABŞ-da Nyu-York Dairə Prokuroru hindistanlı milyarder Qautama Adanini çoxmilyonluq rüşvətdə ittiham edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məhkəmə milyarder və onun qohumu Saqara Adaninin həbsiylə bağlı order verib. Onların ABŞ xaricində həbs oluna biləcəkləri vurğulanıb.

Agentlik bildirib ki, Adani və işçiləri Hindistan məmurlarına yaşıl enerji ilə məşğul olan şirkətləri üçün mənfəətli müqavilədə şərait yaratmalarına görə 250 milyon dollar rüşvət veriblər. Bu müqavilə çərçivəsində lazım olan 3 milyard dollarlıq investisiyanı isə Adani amerikalı investorlardan da toplayıb.

Qeyd edək ki, Adani hazırda 70 milyard dollarlıq sərvətə sahibdir. O, Hindistan Baş naziri Narendra Modinin yaxın adamlarından sayılır. Müxalifət Modinin bu dəstəyi sayəsində Adaninin sərfəli müqavilələr aldığını iddia edir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: