Dubayda uçan taksilərin istifadəyə verilməsi planlaşdırılır

Dubayda (BƏƏ) 2026-cı ilə qədər uçan taksilərin istifadəyə verilməsi planlaşdırılır.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, uçuşlar dörd sərnişin üçün nəzərdə tutulmuş kiçik “Cobi” təyyarələrində həyata keçiriləcək. Bu təyyarələrin sürəti 320 km/saata çata bilir. Onlar elektriklə işləyəcəklər və növbəti uçuşa qədər enerji yığmaq üçün təxminən 10 dəqiqə lazım olacaq.

“Biz sərnişinlərə əhəmiyyətli dərəcədə qısa səyahət müddətində heyrətamiz anlar yaşatmaq istəyirik”, – deyə “Joby Aviation”in qurucusu və baş icraçı direktoru Co Ben Bevirt bildirib.

Şirkət artıq Dubayın Yol və Nəqliyyat İdarəsi ilə 2026-cı ilin əvvəlində hava taksi xidmətinə başlamaq üçün müqavilə imzalayıb.