Dubayda təyyarələr suda “üzür”: aviareyslər ləğv edildi – VİDEO

Güclü leysan yağışlarından dolayı hava limanının fəaliyyətində problemlər yaranması səbəbindən “Flydubai” aviaşirkəti 17 aprelə kimi Dubaydan bütün reysləri təxirə salıb.

Globalinfo.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Dubay Beynəlxalq Hava Limanından verilən məlumata görə, ümumilikdə 45 aviareys ləğv edilib.

“Gecə yarısından etibarən 21 gediş və 24 gəliş ləğv edilib. Daha üç reys qonşu hava limanlarına yönləndirilib”, – deyə hava limanının saytında qeyd edilib.

Qeyd edilib ki, hava limanına gedən yolları güclü su basıb.