Fərid Əzizli adlı izləyici Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Hospitalında qanunsuzluqlarla üzləşdiyini iddia edir. Onun sözlərinə görə, adıçəkilən hospitalda hərbçi və onların ailələrindən ödəniş tələb edirlər.
Globalinfo.az məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə sorğu ünvanlayıb.
DSX-dən saytımıza verilən məlumata görə, deyilənlər həqiqəti əks etdirmir:
“Ünvanladığınız sorğuda qeyd olunan məlumatların DSX Hərbi hospitalına heç bir aidiyyəti yoxdur. DSX Hərbi hospitalında hərbi qulluqçuların tibbi təminatı və mülki şəxslərə göstərilən tibbi xidmətlər Azərbaycan Respublikası Qanununvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilir”.