Atalarının əlindən tutub məktəbə gedə bilməsələr də, şəhid valideynlərinin ruhu onları daim izləyəcək.
“Hər dörd şəhidimizin övladları eyni məktəbin eyni sinfində təhsil alacaqlar”.
Həyəcandan özünə yer tapa bilməyən bu balaca oğlan baş çavuş Tofiq Həsənovun yadigarıdır. Tunar atasının arzusunu həyata keçirmək üçün beyin cərrahı olacağını bizə böyük sevinclə söylədi.
Baş leytenant Babək Allahverdiyevin oğlu Çingiz də atası kimi komandir olacağını deyir.
Kapitan Niyət Şirəliyevin oğlu Nicat isə kamera qarşısında danışmağı sevməsə də, yalnız oğruları tutmaq üçün Polis olacağını bildirir.
Nicatla Jasmin isə atalarının adını eşidən kimi kövrəldilər.
Anaları da bu gün ən azı onlar qədər həyacanlı idi. Axı o, övladları üçün bu gün həm də ata əvəzi idi.
Şəhid anası Gültəkin ana isə nəvəsinin sevincinə şərik olmaq üçün onu tək qoymayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: