tramp qesd

ABŞ-da prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsin kimliyi məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Post” nəşri məlumat yayıb.

Onun Ukrayna Silahlı Qüvvələrinin tərəfində Rusiyaya qarşı döyüşlərdə iştirak etmək arzusunda olduğunu bildirən 58 yaşlı amerikalı Rayan Uesli Rut olduğu üzə çıxıb. Bildirilir ki, o, amerikalı əsgərlərin də Ukraynada müzbarizə aparmasının tərəfdarı olub.

Nəşrin məlumatına görə, Rut Talibandan qaçan əfqan əsgərlərini Əfqanıstan, Pakistan və İrandan qeyri-qanuni yollarla Ukraynaya aparmağa çalışıb.

Qeyd edək ki, Donald Tramp sentyabrın 15-də ikinci dəfə sui-qəsd cəhdinə məruz qalıb.

photo 2024 09 16 02 56 08

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: