https d1e00ek4ebabms.cloudfront.net production 0778bd9e 3582 46c9 9db9 f85e3dd82ecf

Mayamidə Ukrayna ilə bağlı aparılan danışıqlardan sonra Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev jurnalistlərə açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, müharibəni qızışdıran qüvvələrin danışıqları poza bilməyib.

Dmitriyev qısa şərhində “Hər şey qaydasındadır” deyə bildirib.

Qeyd edək ki, 20–21 dekabr tarixlərində Kirill Dmitriyev Mayamidə Ukrayna mövzusu üzrə sülh danışıqlarında iştirak edib. ABŞ tərəfini Prezidentin xüsusi elçisi Stiv Vitkov və onun kürəkəni Cared Kuşner təmsil edib.

Rusiya liderinin xüsusi nümayəndəsinin sözlərinə görə, danışıqların ilk günündə müzakirələr konstruktiv keçib. O, ertəsi gün ABŞ nümayəndə heyəti ilə görüşə yollanarkən jurnalistlərə baş barmağını qaldıraraq müsbət siqnal verib.

Tahir Turan
Globalinfo.az

Paylaş: