Diqqət! Paytaxtda bu küçələrdə sıxlıq var – SİYAHI / FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Globalinfo.az-a bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında:

1. Ziya Bünyadov prospekti, hər iki istiqamətdə;

2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

5. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.