Dil Komissiyası valideynlərə xəbərdarlıq etdi

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını açıqlanıb.

Globalinfo.az xəbər verir ki, həmin ifalar “Mahnılarımız monitorinq aynasında” adlı kitabda öz əksini tapıb.

Bu siyahıda yer alan mahnılar arasında “avtoş”lara həsr edilənlər də var: – Fərəcov & Cavid – “Nivalar dəlilərindir”; – Fərhad – “Şəhər xuliqanları”; -İlqar Dəniz & Orxan Eşqin – “Xuliqanski”; – Samir Ilqarlı & Tural Səda – “Avtoşlar” – İlqar Dəniz & Orxan Eşqin – “Avtoşlar-2” (İlqar Dəniz & Orxan Eşqin – “O yana, bu yana”); – Fərid Biləcərili & Hakim – “Sür, ay qardaşım”; – Məhəmməd Fǝda & Elnur Ağdamlı – “Avtoşdur bunlar”.

İnsanları qayda pozmağa, hətta öz həyatlarını riskə atmağa vadar edən bu tərz mahnıların isə təəssüfki ölkəmizdə dinlənmə sayı kifayət qədər çoxdur.

Valideynlərin vaxtında bu məsələyə müdaxilə etməməsi isə sonda istənməyən halların yaşanmasına səbəb olur.