makrona insanlarin gozu qarsisinda sille vurdular anbaan video 716708

 

Fransanın ifrat sol Məğlubedilməz Fransa Partiyası Makronun impiçment proseduruna təşəbbüs göstərməyə hazırdır. 

Globalinfo.az xəbər verir ki, partiya Fransa liderini demokratiyaya xəyanətdə və institutsional çevrilişdə ittiham edib. Buna səbəb partiyanın baş nazir vəzifəsinə namizədinin Makron tərəfindən təsdiq edilməməsi olub:

“Biz bütün konstitusion vasitələri Makronun postundan məhrum edilməsi üçün istifadə edə bilərik”, – partiyanın bəyanatında yer alıb.

Qeyd edək ki, “Məğlubedilməz Fransa” son seçkidə qalib gələn sol qüvvələr blokuna daxildir. Bu blok yeni hökumət formalaşdırmalıdır. Amma onların baş nazirliyə namizədini Makron dəstəkləmir. Səbəb isə prezidentin bu namizədin parlamentdə yetərli dəstək ala bilməyəcəyini düşünməsidir.

Hazırda Fransa parlamentində əsas üstünlük sol qüvvələrdədir. Sonrakı yerlərdə isə kiçik say azlığı ilə Makronun liderlik etdiyi mərkəzçilər və ultrasağçılar qərarlaşır.

Paylaş: