Deputat: “Azərbaycan buradan ordusunu necə çıxara bilər?!”

“Dünən Fransa Senatının qəbul etdiyi qətnamə Fransa tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq, hörmətsizlikdir”.

Globalinfo.az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, Fransa beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atır:

“Fransa beynəlxalq hüququn mənbələrinə çox ciddi zərər vurur. Ümumiyyətlə, Fransanın bundan sonra BMT TŞ-nin üzvü kimi hansı üzlə sülhdən danışacağına təəccəüb edirik. Fransanın bu addımı regionda dayanıqlı sülhün yaradılmasına ciddi zərbə vurur. Belə bir sənəd Ermənistanda revanşist qüvvələrə imkan yaradır. Fransa senatında oturan yeni Napoleonlar unutmamalıdır ki, Azərbaycana qarşı bu dildə danışmaq olmaz. Fransa Senatının Qətnaməsinin dili olduqca absurddur. Azərbaycan öz ərazisindən öz ordusunu necə çıxara bilər?! Çox yaxşı olar ki, senat belə sənədləri qəbul etməzdən əvvəl Sarbano Universitetindən bir hüquq tələbəsi çağırıb məsləhət alsınlar”.