“Dəniz Moll”da yanğın siqnalı işə düşdü: ticarət mərkəzi boşaldılır – FOTO / VİDEO

“Dəniz Moll”da insanların təxliyə edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı “Dəniz Moll” sosial şəbəkə hesabında məlumat yayıb.

“Az öncə texniki nasazlıq səbəbindən yanğın siqnalı işə düşüb. Lakin yanğın və buna bənzər heç bir hadisə yoxdur. Narahatlığa görə üzr istəyirik. Xoş istirahətlər”, – deyə məlumatda bildirilib.

Globalinfo.az xatırladır ki, bu il yanvarın 20-də “Gənclik Mall”da da yanğın siqnalının işə düşməsi xəbəri yayılmışdı. Bunu əks etdirən video da yayılmışdı. Sonradan açıqlandı ki, səhvən siqnalizasiya işə düşüb.