Delimitasiya Komissiyasına katib təyin edildi

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasi üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib.

Nazirlər Kabinetindən Globalinfo.az-a verilən xəbərə görə, Baş nazir Əli Əsədov bu barədə müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Murad Nəcəfbəyli komissiyanın katibi təyin olunub.