“Kərkinin Ermənistan üçün əhəmiyyəti odur ki, buradan Ararat vilayətini Vayoç Dzorla birləşdirən yeganə dövlət əhəmiyyətli yol keçir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Asmik Babacanyan “Hraparak” qəzetindəki məqaləsində yazıb.
“Kərkinin Azərbaycana verilməsindən danışanda dəhşətə gəlirəm. 2002-ci ildə Ermənistanın sərhədyanı regionlarının kompleks inkişaf proqramının təsdiqi haqqında qanuna əsasən Kərki Paruyr Sevak kəndinin məntəqələrindən biri kimi təqdim edilib. Mən kəndin statusunun dəyişdirilməsi haqqında o zamandan bəri informasiya ilə üzləşməmişəm. İndi anlamaq istəyirəm ki, əgər Paşinyan Paruyr Sevak kənidinin bir hissəsini Azərbaycana versə, bu kəndin qalan hissəsi ilə nə olacaq? Siz nəyin baş verdiyini anlayırsınızmı?” – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az