yangin ev

Şəmkir sakini evində yanıq xəsarətləri alaraq ölüb.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Elcin Əmir oglu yaşadığı evdə huşunu itirərək evdəki qaz sobasının üzərinə yıxılıb. O, yanıq xəsarətləri alaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş: