DÇ-2022 – Fransa Avstraliyaya qalib gəldi

Fransa yığması Avstraliya seçməsinə 4-1 hesabı ilə qalib gəldi.

***

Fransa millisi görüşün 68-ci dəqiqəsində Mbappenin qolu ilə hesabı 3-1-ə, Jirunun 71-ci dəqiqədə vurduğu qolla da 4-1ə çatdırdı.

***

Jiru görüşün 32-ci dəqiqəsində Fransanı hesabda irəli çıxardı: 2-1.

***

Rabio Fransanın 26-cı dəqiqədə bərabərlik qolunu vurdu: 1-1.

***

Qodvin görüşün 9-cu dəqiqəsində Avstraliyanı hesabda irəli çıxardı: 1-0.

***

Matç Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

22:42

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələcək Fransa və Avstraliya yığmalarının start heyətləri açıqlanıb.

FIFA-nın rəsmi saytında verilən məlumata görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq:

Fransa: Uqo Loris (K), Benjamin Pavar, Dayo Upamekano, İbrahim Konate, Lukas Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Avstraliya: Metyu Rayan (K), Nataniel Atkinson, Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.