Daşkəsəndə yeniyetmə özünü güllələdi

Daşkəsəndə 17 yaşlı yeniyetmə intihar edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Astaf kəndində baş verib.

Belə ki, aprelin 30-da saat 22 radələrində kənd sakini 2006-cı il təvəllüdlü Mustafa Quliyevin (ad və soyad şərtidir) yaşadığı evin həyətində ov silahı ilə özünə atəş açaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.