Daha iki nəfər dəm qazından zəhərləndi

Ağsuda iki nəfər dəm qazından zəhərlənib.

Globalinfo.az xəbər verir ki, hadisə Ağsu rayonunun Ləngəbiz kəndində baş verib.

Kənd sakinləri , 1962-ci il təvəllüdlü İbrahimova Bəhanə Əlhəsən qızı və 1956-cı təvəllüdlü İbrahimov Alim Məmməd oğlu yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək, Ağsu rayonu mərkəzi xəstəxanasına yerləşdirilib.

Hər iki şəxsə ilkin tibbi yardım göstərilib.