Daha bir serial eşqi gerçək oldu – FOTO

Türkiyəli aktyor Bilal Yiğit Koçakla həmkarı Lizge Cömert eşq yaşayır.

Globalinfo.az bildirir ki, Axşam.az-ın xəbərinə görə, Bilalın doğum gününü instaqram hesabında təbrik edən Lizge onunla fotosunu paylaşaraq ürək işarəsi qoyub və bu sözləri yazıb:

“Yanımda olduğun üçün çox şanslıyam. Həmişə belə güldüyümüz daha çox günlərimiz olsun. Uğurlarımıza davam. Mənim üçün çox dəyərlisən”.

Qeyd edək ki, aktyorlar “Atv” kanalında yayımlanan “Kardeşlerim” serialında da sevgili obrazını canlandırırlar.