1773750831 1549103 1

Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.

Bu barədə Globalinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, 6 böyüktutumlu “Yutong” markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobuslar aprelin 19-dan sərnişinlərin xidmətinə veriləcək.

Məlumata görə, ümumilikdə 14 avtobus 7-8 dəqiqə intervalla sərnişinlərin ixtiyarında olacaq.

Qeyd edək ki, sözügedən avtobuslarda ödəniş nağdsız qaydadadır.

Paylaş: