WhatsApp Image 2026 07 31 at 10.47.39

“Milan” və İtaliya millisinin əfsanəvi futbolçusu Franko Baresi 66 yaşında vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Milan” klubunun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl onun ciddi xəstəliklə mübarizə apardığı açıqlanmışdı.

Baresi bütün karyerasını (1978-ci ildən 1997-ci ilə qədər) Milanda keçirib. O, altı İtaliya çempionluğu və dörd İtaliya Super Kubokunu qazanıb. Həmçinin üç dəfə Çempionlar Liqasının, bir UEFA Super Kubokununun qalibi olub. 1982-ci ildə isə İtaliya millisi ilə Dünya Kubokunu qazanıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: