Daha 105 nəfər yoluxdu

Son sutkada Azərbaycanda koronavirusa 105 yeni yoluxma qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Ölkədə bu günədək ümumilikdə 826 908 nəfər koronavirusa yoluxub. Onlardan 816 404 nəfər müalicə olunaraq sağalıb, 10 020 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 484 nəfərdir.

Son sutka ərzində 2 472, bu günədək isə 7 443 931 test aparılıb.